Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi

Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi
31.07.2026 09:00 İdman

NBA-in “Qolden Steyt Uorriors” klubunun 2026-cı il draftında 11-ci sıradan seçdiyi Yaksel Lendeborq ötən il klub rəhbərliyi ilə keçirdiyi görüşü xatırlayıb.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, gənc basketbolçu həmin vaxt davranışına görə peşəkar təsir bağışlamadığını etiraf edib.

“Öz-özümə düşünürdüm ki, doğrudanmı hər şey bu qədər pis idi? Sonradan başa düşdüm ki, cavablarım heç də peşəkar səviyyədə olmayıb. Açıq şəkildə deyirdim ki, məşqlərdə zarafat edirəm, oyunlarda isə həmişə üzərimə düşəni etmirəm, amma yenə də nəticə göstərirəm. Yəqin ki, düzgün təəssürat yarada bilməmişdim”, – deyə Lendeborq bildirib.

Həmin görüşdə “Qolden Steyt” rəhbərliyi basketbolçuya davranışının peşəkar idmançının standartlarına uyğun olmadığını bildirmişdi. Bundan sonra Lendeborq Miçiqan Universitetinin heyətində 2025/2026-cı illər mövsümünün çempionu olub.

Daha sonra o, 2026-cı il NBA draftında “Qolden Steyt Uorriors” tərəfindən 11-ci seçim kimi heyətə cəlb edilib. Lendeborq həmçinin NBA Yay Liqasının çempionu olub və turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər