Daniel Farke: “Florian Virts inanılmaz potensiala malikdir”
İdman
01.01.2026 12:18
“Lids Yunayted”in baş məşqçisi Daniel Farke, əvvəllər çalışdığı “Krasnodar” klubundan danışaraq, “Liverpul” və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Farke “Liverpool Echo”ya açıqlamasında deyib:
“Florian Virts - inanılmaz potensiala malik oyunçudur. Mən düşünürəm ki, o, təkcə biz yayda bütün yeni transferlərimiz üçün xərclədiyimiz məbləğdən də daha dəyərlidir. “Liverpul” hazırkı İngiltərə Premyer Liqasının qalibidir. İndi onlar yenidən çempionluq yarışına daxil ola bilərlər və mövcud şəraitdə 1 yanvar tarixində “Enfild”dəki matç bizim üçün ən çətin oyunlardan biridir”.
Qeyd edək ki, “Lids Yunayted” “Liverpul”la XIX turun oyununu bu gün, 1 yanvar tarixində keçirəcək.
Namiq HUN
tag: Daniel Farke,Yunayted,Florian Virts,Krasnodar,Todaypress.tv,
