Dallasda tarix yazıldı: Çiliç elitlər sırasına daxil oldu
İdman
11.02.2026 10:22
Xorvatiyalı tennisçi Marin Çiliç peşəkar karyerasında 600-cü qələbəsini qazanaraq əlamətdar nəticəyə imza atıb.
TodayPress TV xəbər verir ki, dünya reytinqində 61-ci pillədə qərarlaşan 37 yaşlı idmançı ABŞ-nin Dallas şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin ilk mərhələsində amerikalı tennisçi, reytinqin 23-cü nömrəsi Löner Tyeni iki setdə məğlub edib — 7:5, 7:6 (7:4).
Nəticədə, Çiliç karyerasında 600 qələbə həddini aşan aktiv tennisçilər arasında ikinci oyunçu olub. Statistikaya görə, bu nailiyyətə indiyədək yalnız serbiyalı tennis əfsanəsi Novak Cokoviç çatıb. Hazırda onun aktivində 1168 qələbə var.
Qeyd edək ki, 600 qələbə göstəricisinə ən yaxın aktiv tennisçilər arasında isveçrəli Sten Vavrinka (586 qələbə), fransalı Qael Monfis (583) və almaniyalı Aleksandr Zverev (526) yer alır.
Namiq HUN
tag: Marin Çiliç,Tennis,Karyera,Qələbə,Todaypress.tv,
