“Dakar”ın dördqat qalibi fiziki məhdudiyyətləri aşa bildi

İdman

04.01.2026 11:25

49 yaşlı fransalı ralli-şturmanı və dördqat “Dakar” qalibi Matye Bomel 2025-ci ildə ayaqlarını itirdikdən sonra 2026-cı il “Dakar” marafonunda protezlə çıxış edir.

TodayPress TV xəbər verir ki, Bomel maşına əyləşərkən sağ ayaq protezini çıxarır və yanına qoyur, şturman funksiyasını isə yalnız bir protezlə yerinə yetirir.

Fransalı şturman ayaqlarını Monakodakı şəhər trasında baş verən ağır qəzada itirib. Bomel qəza zamanı digər bir ralli iştirakçısına kömək etmək istəyərkən, 73 yaşlı bir qadının idarə etdiyi “Renault Clio” tərəfindən vurulub və hər iki ayağı sınıb.

Matye Bomel Nasser əl-Əttiya ilə birlikdə dörd dəfə dünyanın ən böyük ralli-marafonunu, üç dəfə FIA Ralli-Reydlər üzrə dünya çempionatını və iki dəfə WRC2 titullarını qazanıb.

Qeyd edək ki, “Dakar”-2026 proloq mərhələsi ilə 3 yanvarda başlayıb və 17 yanvar tarixində yekunlaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Dakar,Matye Bomel,Qəza,Yarış,Todaypress.tv,