“Dakar-2025”in qalibi yarışdan çıxdı

İdman

07.01.2026 15:06

2025-ci il “Dakar” rallisinin qalibi olan səudiyyə ərəbistanlı Yazid Al-Raci marafondan kənar qalıb. 

TodayPress TV Cross-Country Rally News teleqram kanalına istinadən xəbər verir ki, OVERDRIVE RACING komandası tərkibində Toyota avtomobilləri sinfində çıxış edən pilot yarışı tərk edib.

Bildirilib ki, texniki nasazlıq səbəbindən Al-Raci 234-cü kilometrdə mərhələni dayandırmaq qərarına gəlib.

Yazid Al-Raci texniki problemlərə görə 234-cü kilometrdə mərhələdən çıxacağını elan edib. “Dakar-2025”in qalibi ümumi hesabda qələbə ümidlərinin puça çıxdığını anlayır. O, bu il titulunu qoruya bilməyəcək. 

Qeyd edək ki, yanvarın 6-da keçirilən üçüncü mərhələdən sonra Ford avtomobilində çıxış edən Mitç Qatri liderliyi ələ keçirib.

Namiq HUN

TodayPress TV

tag: Dakar-2025,Yazid Al-Raci,Ralli,Yarış,Todaypress.tv,