Daha bir boksçumuz 1/4 finala vəsiqə qazandı
Azərbaycan millisinin daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
TodayPress TV xəbər verir ki, komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.
O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə yarışıb. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Namiq HUN