Cüdoçularımız Avropa Açıq Turnirində 4 medal qazandılar

Cüdoçularımız Avropa Açıq Turnirində 4 medal qazandılar
28.06.2026 23:25 İdman

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

TodayPress TV-nin Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.

Cüdoçu gümüş mükafata sahib çıxıb.

Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər