Cüdoçularımız 6 medal qazandılar

Cüdoçularımız 6 medal qazandılar
11.10.2025 23:55 İdman

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

TodayPress TV xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü medal qazanıb.

Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Hüseyn Allahyarov (-60 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş medala sahib olublar. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medal qazanıblar.

Milli komandamız Açıq Asiya Turnirində 25 cüdoçu ilə təmsil olunur.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər