ÇL: "Qarabağ" növbəti mərhələyə keçdi

ÇL: "Qarabağ" növbəti mərhələyə keçdi
30.07.2025 22:07 İdman

“Qarabağ” bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

TodayPress TV  xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Şelburn”u qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 20:00-da start verilib.

Oyun təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

“Qarabağ” ilk matçda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər