ÇL: “Bavariya” rekord müəyyən etdi
“Bavariya” klubu UEFA Çempionlar Liqası (ÇL) mövsümünə ardıcıl 22-ci qələbə ilə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə OptaFranz məlumat yayıb.
Münhen təmsilçisi göstəriciyə Liqa mərhələsinin I turunda “Çelsi”ni (3:1) məğlub etməklə nail olub.
“Bavariya” tərəfindən son 22 mövsümdə sıralanan uğur Çempionlar Liqasının rekordudur.
Almaniya çempionu sonuncu dəfə 2002-ci ilin qrup mərhələsinin ilk turunda “Deportivo”ya (3:2) məğlub olub.
Namiq HUN