Çimərlik voleybolçularımız Avropa çempionatına qatılacaq

Çimərlik voleybolçularımız Avropa çempionatına qatılacaq
10.09.2025 09:00 İdman

Çimərlik voleybolu üzrə gənclərdən ibarət milli komandalarımız İtaliyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. 

TodayPress TV xəbər verir ki, turnirdə 18 yaşadək qızlardan və oğlanlardan ibarət yığmalar güclərini sınayacaqlar. 

Yarışda Azərbaycan bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, qitə yarışı sentyabrın 11-dən 14-dək İtaliyanın Corigliano Rossano şəhərində baş tutacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər