Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!”
Həmzət Çimayev Şon Striklendə sərt cavab verib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
UFC-nin sabiq orta çəki çempionu Həmzət Çimayev hazırkı çempion Şon Striklendin ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Daha əvvəl amerikalı döyüşçü Çimayevin çəki salması ilə bağlı istehzalı açıqlama verərək, onu “heç olmasa bir anlıq sızlamağı dayandırmağı” öyrədəcəyini söyləmişdi.
Çimayev isə sosial şəbəkə hesabında bunları yazıb:
“Bu qorxaq yenə danışmağa başlayıb. Məni növbəti dəfə görəndə yaxşı olar ki, üzr istəyəsən. Bu, səndə yaxşı alınır. Ən əsası isə növbəti dəfə qız kimi ağlama”.
Qeyd edək ki, Həmzət Çimayev may ayında keçirilən UFC 328 turnirində Şon Striklendə məğlub olaraq orta çəki kəmərini itirib və MMA-da qalibiyyət seriyası başa çatıb. Çimayev dərhal revanş tələb etsə də, Striklend zədə səbəbindən bərpa prosesi keçir və 2026-cı ilin sonunadək döyüşməyəcəyi gözlənilir.
Namiq HUN