"Çikaqo" Donovanla yola davam edəcək
NBA klublarından olan "Çikaqo Bulls" baş məşqçi Billi Donovanla müqavilənin müddətini uzatdığını rəsmən elan edib.
TodayPress TV xəbər verir ki, klub müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 60 yaşlı Billi Donavan 2020-ci ildən "Çikaqo"nun sükanı arxasındadır. O, daha öncə NBA-də "Oklahoma Siti Thunder", həmçinin kolleclərarası basketbol liqasında "Florida" komandasında çalışıb.
2024/2025 mövsümündə "Çikaqo Bulls" Şərq Konfransında 9-cu pillədə qərarlaşmış və "play-in" mərhələsində "Mayami Hit" komandasına 90:109 hesabı ilə məğlub olaraq pley-offa vəsiqə qazana bilməmişdi.
Töhfə Səməd