Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə!

Ceymi Vardi üçün yeni macəra: “Vest Hem” gündəmdə!
10.08.2026 17:33 İdman

“Vest Hem Yunayted” hazırda azad agent statusunda olan “Lester Siti” və İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi ilə maraqlanır.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, London təmsilçisi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək istəyir və 39 yaşlı forvard potensial transfer variantlarından biri hesab olunur.

Ceymi Vardi 2012-2025-ci illərdə “Lester Siti”nin formasını geyinib. O, bu komandanın heyətində İngiltərə Premyer Liqasının, ölkə Kubokunun və Superkubokunun qalibi olub. Hücumçu həmçinin iki dəfə Çempionşipdə çempionluq yaşayıb.

Vardi karyerası ərzində “Halifax Taun”, “Flitvud Taun”, “Kremoneze” və digər klublarda da çıxış edib. O, həmçinin İngiltərə milli komandasının formasını geyinib.

Namiq HUN

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər