Cerrard: “Belə bir dünyada yaşayırıq”
İdman
27.11.2025 13:58
“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard komandanın baş məşqçisi Arne Slotun istefaya göndərilməsi ehtimalı barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bildirilir ki, cari mövsümdə “Liverpul” artıq doqquz oyun uduzub. “Qırmızılar” son olaraq Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV-yə 1:4 hesabı ilə məğlub olub.
“Belə bir dünyada yaşayırıq. Mən özüm də oxşar vəziyyətdə olmuşam. Başa düşmək lazımdır ki, bu cür mövzular mütləq gündəmə gələcək. Xüsusilə də ən yüksək səviyyədə. Bu - qaçılmazdır”, - deyə Cerrard Mersisayd təmsilçisindəki son vəziyyətə münasibət bildirib.
Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayında “Liverpul”u çalışdırmağa başlayıb. Komanda niderlandlı mütəxəssisin rəhbərliyi altında 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.
Namiq HUN
tag: Stiven Cerrard,Arne Slot, Liverpul,İstefa,Todaypress.tv,
