"Cenoa" "Milan"ın hücumçusunu icarəyə götürdü
İtaliyanın "Cenoa" klubu "Milan"ın hücumçusu Lorenzo Kolombonu icarəyə götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
23 yaşlı futbolçunun icarə müqaviləsi bir mövsümlük nəzərdə tutulub.
Kolombo 2024/25 mövsümündə icarə əsasında çıxış etdiyi "Empoli" klubunun heyətində 43 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
Töhfə Səməd