Çempionluq xəyalları puç oldu: Corc Rassell sarsıdıcı məğlubiyyəti etiraf etdi!

Çempionluq xəyalları puç oldu: Corc Rassell sarsıdıcı məğlubiyyəti etiraf etdi!
05.10.2026 12:20 İdman

“Mercedes” komandasının şərəfini qoruyan 28 yaşlı britaniyalı “Formula-1” pilotu Corc Rassell Bəhreyn Qran-prisinin finişinə 5 dövrə qalmış mübarizəni dayandırdıqdan sonra çempionluq şanslarını yekun olaraq itirdiyini düşünüb-düşünmədiyi barədə sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb. 

“Bəli, güman ki, elədir. Hər şeyin mənim xeyrimə cərəyan etməsinə mütləq ehtiyacım var idi, lakin həftəsonu bu baş vermədi. Heç vaxt “heç vaxt” demə, amma bu mövsüm bizim xeyrimizə olmayan və nəzarətimizdən kənar baş verən hədsiz çox hadisəyə görə inanılmaz dərəcədə çətin keçdi”, - deyə Rassell bildirib. 

Qeyd edək ki, Bəhreyn Qran-prisindən sonra Rassell “F-1”in fərdi hesabında komanda yoldaşı Andrea Kimi Antonellidən 84 xal geri qalır.


Namiq HUN


XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər