Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da

Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da
12.08.2026 15:06 İdman

Argentina millisinin müdafiəçisi Nauel Molina “Atletiko Madrid” klubundan “Roma” komandasına transfer olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Canavarlar” 28 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Sağ cinah müdafiəçisi yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Molina Avropada “Udineze” və “Atletiko Madrid” klublarının heyətində bütün turnirlər daxil olmaqla 249 matçda meydana çıxıb və 19 qol vurub.

Argentina millisinin üzvü 65 oyunda iştirak edib. O, iki dünya çempionatında çıxış edib və 2022-ci ildə Qətərdə keçirilən mundialda çempionluq yaşayıb. Molina, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub.

Namiq HUN

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər