“Çelsi”dən müdafiəyə güclü transfer: Pep Çavarria gəldi!

“Çelsi”dən müdafiəyə güclü transfer: Pep Çavarria gəldi!
12.08.2026 14:13 İdman

“Çelsi” klubu İspaniyanın “Rayo Valyekano” komandasının müdafiəçisi Pep Çavarria ilə müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı ispaniyalı futbolçu “Çelsi” ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb. O, yeni komanda yoldaşları ilə birlikdə 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində Kobhemdə məşqlərə başlayacaq.

Çavarria 2025/2026-cı illər mövsümündə “Rayo Valyekano”nun heyətində La Liqada 33 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Müdafiəçinin UEFA Konfrans Liqasında isə 8 oyunda 1 məhsuldar ötürməsi olub.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər