“Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro!

“Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro!
13.08.2026 09:03 İdman

“Çelsi” yarımmüdafiəçisi Enzo Fernandesin transferi ilə bağlı danışıqların aparılması üçün son tarix müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, London təmsilçisi argentinalı futbolçunun transferi ilə bağlı danışıqların cümə günü, Britaniya vaxtı ilə saat 17:00-dək başa çatmasını istəyir. Həmin vaxta qədər tərəflər razılığa gəlməsə, keçid baş tutmayacaq.

Məlumata görə, 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Çelsi”yə 140,5 milyon avro məbləğində təmiz transfer təklifi təqdim etməlidir.

Hazırda Enzo Fernandesin transferində əsas namizəd “Mançester Siti”dir. “Şəhərlilər”in futbolçunun nümayəndələri ilə artıq bir neçə gündür danışıqlar apardığı və “Çelsi”nin də bundan xəbərdar olduğu qeyd edilir.

Qeyd edək ki, Enzo Fernandes 2023-cü ilin qışında “Benfika”dan “Çelsi”yə keçib. Argentinalı yarımmüdafiəçi “zadəganlar”ın heyətində bütün turnirlərdə 166 oyuna çıxıb və 30 qol vurub.

Fernandes “Çelsi” ilə 2024/2025 mövsümündə UEFA Konfrans Liqasını, 2025-ci ildə isə klublararası dünya çempionatını qazanıb. Onun London klubu ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalında futbolçunun hazırkı bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər