"Çelsi" loqotipini yenilədi - FOTO
"Çelsi" yeni mövsüm öncəsi loqotipini yeniləyib.
TodayPress TV xəbər verir ki, klub bu barədə rəsmi açıqlama verməsə də, dəyişikliklərə azarkeşlər və klubun sosial şəbəkə hesablarının izləyiciləri diqqət yetiriblər.
Yenilənmiş emblemdə daha az qızılı element var, şir isə kölgələrdən məhrum edilib.
Dəyişikliklər dərhal nəzərə çarpmır - onlar incə, lakin əhəmiyyətlidir:
-
mavi fon daha tünd və parlaq olub;
-
ağ dairənin ətrafındakı və klubun adının kənarlarındakı sarı dairə yığışdırılıb;
-
mavi şirin kölgələri yox olub, o, daha yastı və parlaq görkəm alıb;
-
"Chelsea Football Club" adının yazıldığı şrift yenilənib;
-
dörd qırmızı futbol topunun ətrafındakı ağ çərçivələr götürülüb.
