“Çelsi” Joao Pedronu toxunulmaz elan etdi

İdman

15.05.2026 09:10

“Çelsi” klubu hücumçusu Joao Pedro ilə yollarını ayırmaq niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin iddiasına görə, “Barselona” braziliyalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq transfer üçün 70 milyon avro təklif edib.

Lakin London təmsilçisi bu təklifə müsbət yanaşmayıb. Bildirilir ki, “Çelsi” Joao Pedronu yay transfer dönəmində satılması qətiyyən nəzərdə tutulmayan futbolçular siyahısına daxil edib.

Klub rəhbərliyi komandanı zəiflətmək deyil, əksinə heyəti daha da gücləndirmək niyyətindədir.

24 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Namiq HUN

TodayPress TV

tag: Çelsi,Joao Pedro,Barselona,Klub,Todaypress.tv,