“Çelsi” gələcəyin ulduzunu heyətinə qatdı!
“Çelsi” klubu “Atalanta”dan 18 yaşlı müdafiəçi Xonest Ahanoru transfer etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, italiyalı futbolçu London təmsilçisinə 2027-ci ilin yayında qoşulacaq.
“Çelsi” Xonest Ahanorun “Atalanta”dan transferi ilə bağlı razılığa gəlib. Futbolçunun kluba rəsmi qoşulması 2027-ci ilə planlaşdırılıb”, – deyə klubun açıqlamasında bildirilib.
Mətbuatda yayılan məlumatlara görə, transferin məbləği 47 milyon avro təşkil edib. Futbolçunun hazırkı bazar dəyəri isə 30 milyon avro qiymətləndirilir.
Ahanor 2026/2027-ci illər mövsümündə icarə əsasında “Kristal Pelas”da çıxış edəcək.
18 yaşlı müdafiəçi ötən mövsüm “Atalanta”nın heyətində 35 matçda meydana çıxıb. Bu, onun 2025-ci ilin iyulunda “Cenoa”dan transfer olunduqdan sonra Berqamo təmsilçisində ilk mövsümü olub.
Ahanor həmçinin İtaliya millisində debüt etməyə də imkan tapıb.
Namiq HUN