“Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi

“Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi
12.08.2026 10:19 İdman

Amerikalı aktyor Bred Pitt futbolçulara qayda pozuntuları zamanı daha inandırıcı davranmağı öyrətmək istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Esquire” məlumat yayım. 

Aktyor futbolçuların rəqib tərəfindən fol almaq üçün simulyasiyalardan istifadə etməsinin taktikanın bir hissəsi olduğunu qəbul etsə də, onların bu məsələdə ciddi yardıma ehtiyacı olduğunu düşünür.

“Mən simulyasiya dərsləri keçməyə başlayacağam, çünki bu uşaqlar bu işdə çox pisdirlər. Başa düşürəm ki, rəqibdən fol almağa çalışmaq taktikanın bir hissəsidir, amma onların ciddi köməyə ehtiyacı var.

Dərslərə Neymarla başlayacağam. Çünki o, meydanda baletdəki kimidir və onun köməyə ehtiyacı var. Mən ona folu necə “satmağı”, bunu daha təmkinli etməyi və çox tez-tez təkrarlamamağı göstərəcəyəm ki, hər şey daha inandırıcı görünsün. Bununla bağlı bütöv bir təlim proqramım var”, – deyə Pitt bildirib.

Aktyor bu davranışın futbolda qəbul olunmasına baxmayaraq, çoxlarının xoşuna gəlmədiyini də vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər