Braziliya millisində gənc inqilabı: Ançelotti tənqidlərə baxmır!
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Avstraliya ilə yoldaşlıq matçındakı heç-heçədən (1:1) sonra ünvanına səslənən tənqidlərə cavab verib.
TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.
İtalyan mütəxəssis tənqidlərin normal olduğunu və gələcək planlarına təsir etmədiyini bildirib. Ançelotti komandadakı əsas prioritetlərdən söz açıb:
“İşimizin tənqid olunması yaxşı haldır. Bu, həmişə belə olub və belə də davam edəcək. Lakin tənqidlər milli komandanın gələcəyi ilə bağlı düşüncələrimə heç bir təsir göstərmir. İlk oyunda nəticə bizim üçün əsas prioritet deyildi. Gənc və yeni futbolçulara şans vermək, onların potensialını görmək istəyirdik. Bu baxımdan matç faydalı oldu. Əlbəttə, daha yaxşı oynaya bilərdik, lakin rəqibin də keyfiyyətli oyununu nəzərə almaq lazımdır. Növbəti qarşılaşma ilk matçda meydanda olmayan gənc oyunçular üçün yeni şans olacaq. Hazırda əsas məqsədimiz budur: rəsmi turnirlərdən əvvəl heyətlə bağlı aydın təsəvvürə malik olmaq üçün futbolçularımı daha yaxşı tanımaq və seçimdə səhvə yol verməmək”.
Qeyd edək ki, Braziliya və Avstraliya yığmaları arasında növbəti yoldaşlıq matçı bu gün keçiriləcək. Xatırladaq ki, Braziliya millisi Ançelottinin rəhbərliyi altında DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
Namiq HUN