Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı!

Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı!
20.08.2026 17:08 İdman

Slovakiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Bratislava şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan millisinin iki qadın güləşçisi yarımfinala yüksəlib.

57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova 1/4 final mərhələsində kanadalı Aqniya Krakovskaya ilə qarşılaşıb. Təmsilçimiz rəqibini “tuş”la məğlub edərək adını yarımfinala yazdırıb.

59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə 1/4 finalda Hindistan təmsilçisi Komal Komalla üz-üzə gəlib. Azərbaycanlı güləşçi görüşü tam üstünlüklə keçirərək rəqibini 14:4 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər