“Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi

“Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi
29.07.2026 15:42 İdman

Renne Stabbs ilk “Böyük Dəbilqə” titulunu qazanacaq tennisçinin adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, sabiq tennisçi və cütlüklərdə dördqat “Böyük Dəbilqə” çempionu Renne Stabbs növbəti ilk “Böyük Dəbilqə” titulunu qazanacağına inandığı tennisçinin adını açıqlayıb.

Stabbsın fikrincə, bu uğura ən yaxın namizəd kanadalı Viktoriya Mbokodur.

“Zədədən qayıtdıqdan sonra düşünürəm ki, Viktoriya Mbokonun bacarığı, cəsarəti və özünəinamı var. O, həyəcanlanmır, sadəcə irəli gedir. İnkişaf etdirməli olduğu məqamlar var. Xüsusilə servisi və forehand zərbəsi daha da yaxşılaşa bilər. Amma onun sakit özünəinamı məni bu seçimə vadar edir”, – deyə Stabbs bildirib.

O, Mbokonun diz zədəsini tam sağaltdıqdan sonra yaxın bir neçə il ərzində “Böyük Dəbilqə” turnirlərindən birini qazana biləcəyinə inandığını vurğulayıb.

Stabbs əlavə edib ki, Mboko güclü zərbələrə və təsirli ilk servisə malik olmaqla yanaşı, özünə inamı ilə də seçilir. O, həmçinin hesab edir ki, Mboko oyun baxımından Aleksandra Ealadan daha üstündür və Ealanın servisi gələcəkdə ona “Böyük Dəbilqə” titulu qazandıracaq səviyyədə deyil.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər