“Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq

“Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq
30.07.2026 13:34 İdman

İngiltərənin “Bornmut” klubunun hücumçusu Eli Krupi ayağından əməliyyat olunub və 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

20 yaşlı futbolçu zədəni komandanın Avstriyadakı mövsümöncəsi təlim-məşq toplanışı zamanı alıb. O, müalicə üçün İngiltərəyə qayıdıb və iyulun 29-da əməliyyat keçirib.

Mənbə bildirir ki, gənc hücumçunun oktyabr və ya noyabr ayına qədər meydana qayıtması gözlənilmir.

Qeyd edək ki, Eli Krupinin adı bu yay transfer dönəmində PSJ, “Arsenal”, “Barselona”, “Tottenhem”, “Bavariya”, “Çelsi” və “Mançester Siti” kimi aparıcı Avropa klubları ilə hallanırdı.

20 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxaraq 13 qol vurub. O, 2025/2026-cı illər mövsümünün sonunda “Bornmut”un Premyer Liqadakı ən məhsuldar oyunçusu olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər