Bir oyunda tam 40 xal! - 13 yaşlı Madut Asiya Oyunlarında tarix yazır!
Qətər milli komandasının şərəfini qoruyan 13 yaşlı voleybolçu Mubarak Musa Tiik Madut Asiya Oyunları - 2026-da möhtəşəm rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, o, Hindistana qarşı keçirilən III tur matçında 40 xal toplayaraq turnir çərçivəsində bir oyunda ən çox xal qazanan voleybolçu olub.
Bundan əlavə, boyu artıq 210 sm-dən yüksək olan Madut Hindistanla qarşılaşmada hücumda təxminən 60%-lik effektivlik nümayiş etdirib.
Qətər yığması 1/4 final mərhələsində Yaponiya seçmə komandası ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 1-də baş tutacaq.
Qeyd edək ki, 2026-cı il Yay Asiya Oyunlarının voleybol yarışları sentyabrın 19-dan oktyabrın 4-dək Yaponiyanın Ayti prefekturası və onun mərkəzi Naqoya şəhərində keçirilir. Kişilər arasında turnir sentyabrın 27-dən oktyabrın 3-dək davam edəcək.
Namiq HUN