Bir dövr başa çatdı: Neymar Braziliya millisindən getdi

Bir dövr başa çatdı: Neymar Braziliya millisindən getdi
29.07.2026 13:20 İdman

Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Santos”un hücumçusu Braziliya millisində çıxışını başa vurmaq qərarına gəlib.

34 yaşlı futbolçu “sambaçıların” tarixində ən məhsuldar oyunçudur. Neymar 2010-cu ildən Braziliya millisinin heyətində 130 matç keçirib, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.

“Düşünürəm ki, Braziliya millisi ilə hekayəm başa çatdı. Mən hər şeyimi verdim. Bütün qəlbimi və həyatımı bu komandaya həsr etdim. Amma indi düşünürəm ki, bunu artıq davam etdirmək istəmirəm”, – deyə Neymar bildirib.

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə qədər irəliləyib və bu mərhələdə Norveçə 1:2 hesabı ilə məğlub olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər