"Beşiktaş" Leandro Trossardın transferini açıqladı
Türkiyənin "Beşiktaş" klubu Belçika millisinin futbolçusu Leandro Trossardın transferini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Qara qartallar" bu keçid üçün 31 yaşlı oyunçu və İngiltərənin "Arsenal" klubu ilə danışıqların başladığını Türkiyənin Kamu Aydınlatma Platformasına göndərib.
Xatırladaq ki, Leandro Trossard 2023-cü ildən "Arsenal"da çıxış edib.