“Beşiktaş” əfsanəsindən nümunə olacaq davranış

“Beşiktaş” əfsanəsindən nümunə olacaq davranış
19.05.2026 12:44 İdman

Sergen Yalçın “Beşiktaş”dan ayrılarkən milyonlarla lirəlik təzminatdan imtina edib.

TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis klubdan 250 milyon TL təzminat tələb etməyib.

Yalçın ayrılıqdan sonra verdiyi açıqlamada qərarını belə izah edib:

“Başqa məşqçi maaş alar, amma biz almarıq. Biz “Beşiktaş”lıyıq, bu bizə yaraşmaz”.

Məlumata görə, baş məşqçinin bu addımı “Beşiktaş” ictimaiyyəti və azarkeşləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Sergen Yalçın daha əvvəl - 2021-ci ildə də İstanbul təmsilçisindən ayrılarkən 1,5 milyon dollarlıq ödənişdən imtina etmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər