“Bernabeu”ya yeni maestro? “Real” Tonalini hədəfə aldı

İdman

10.02.2026 16:28

İtaliya millisinin və İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Sandro Tonali karyerasını La Liqada davam etdirə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə TuttoJuve məlumat yayıb. 

İddialara görə, Madridin “Real” klubu futbolçu ilə maraqlanır və onu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Məlumata əsasən, “kral klubu” bu transfer üçün təxminən 75 milyon avro ayırmağa hazırdır. Daha əvvəl Tonalinin Londonun “Arsenal” və “Mançester Siti” klublarının da maraq dairəsində olduğu bildirilmişdi.

Qeyd edək ki, 25 yaşlı italiyalı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirir.

Namiq HUN

TodayPress TV

tag: Nyukasl,Sandro Tonali,Real Madrid,Klub,Todaypress.tv,