"Bavariya" rekordunu təkrarladı

"Bavariya" rekordunu təkrarladı
30.11.2025 13:56 İdman

"Bavariya" klubu Almaniya Bundesliqasında rekordunu təkrarlayıb.

TodayPress TV xəbər verir ki, Münhen təmsilçisi buna XII turda "Sankt-Pauli"ni məğlub etdikləri (3:1) matçda nail olub.

Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub.

"Bavariya" 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər