“Bavariya” Keynlə danışıqlara hazırlaşır
İdman
05.01.2026 11:29
“Bavariya Münhen”nin hücumçusu Harri Keyn klubla müqaviləsinin uzadılması ehtimalı barədə danışıb.
TodayPress TV xəbər verir ki, Harri Keynin sözlərini jurnalist Florian Plettenberg sosial şəbəkələrində paylaşıb.
““Bavariya” ilə müqavilənin uzadılması? Bəli, bu, tamamilə mümkündür. 100 faiz. Daha əvvəl də dediyim kimi, bu danışıqları aparmaq lazımdır. Əminəm ki, onlar baş tutacaq. Amma hazırda mən cari mövsümə fokuslanmışam. Müqavilənin uzadılması ehtimalı çox yüksəkdir. Hazırda olmaq istədiyim başqa bir yer yoxdur”, — deyə Harri Keynin bildirib.
Qeyd edək ki, 2025-ci ilin yayında Harri Keyn “Bavariya” ilə Almaniya çempionu olub. Bu, 32 yaşlı futbolçunun karyerasında ilk tituldur. Daha sonra ingilis hücumçu klubla birlikdə Almaniya Superkubokunu da qazanıb.
Keyn cari mövsümdə bütün turnirlərdə 30 oyuna çıxıb, 33 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bavariya,Harri Keyn,Klub,Danışıq,Todaypress.tv,
