“Bavariya” Harri Keynlə danışıqlara start verdi
İdman
06.01.2026 16:03
Münhenin “Bavariya” klubu hücumçusu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara start verib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə X-də məlumat yayıb.
Tərəflər futbolçunun mümkün gedişi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, əməkdaşlığı davam etdirmək niyyətindədir. Danışıqlar artıq irəliləyiş mərhələsindədir və yeni müqavilənin 2029-cu ilə qədər qüvvədə olması gözlənilir. Bununla yanaşı, klub heyəti gücləndirmək üçün transfer bazarında yeni hücumçular axtarışını da davam etdirir.
Qeyd edək ki, Harri Keyn 2023-cü ildə “Tottenhem”dən “Bavariya”ya 65 milyon avro qarşılığında transfer olunub. O, bu müddət ərzində meydana çıxdığı 121 oyunda 115 qol vurub və 29 məhsuldar ötürmə edib.
Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Harri Keyn,Bavariya,Klub,Danışıqlar,Todaypress.tv,
