Basketbol millimiz gümüş medal qazandı

Basketbol millimiz gümüş medal qazandı
08.09.2025 09:28 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkada keçirilən Avropa Kuboku turnirinin mükafatçıları sırasında yer alıb. 

TodayPress TV xəbər verir ki, yığma komandamız Kopenhagen turnirinin finalında Niderland millisi ilə qarşılaşıb.

Həlledici görüş “zanbaqlar” ölkəsinin 21:16 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14) komandalarına qalib gəlib. Finala aparan yolda yığmamız Polşa (16:13) və İspaniyanı (21:17) üstələyib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər