Baş məşqçi heyəti gücləndirmək üçün müraciət etdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış fasiləsində klub rəhbərliyindən üç yeni transfer tələb edib.
TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis müraciətində aşağıdakı mövqelərin gücləndirilməsinin vacibliyini vurğulayıb:
Mərkəz hücumçusu
Mərkəz müdafiəçisi
Cinah yarımmüdafiəçisi
Qurbanov heyətin rotasiyaya ehtiyacı olduğunu qeyd edib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında liqa mərhələsinin son iki turunda “Ayntraxt Frankfurt” və “Liverpul” klubları ilə qarşılaşacaq.
Namiq HUN