“Barselona” Yamalı itirdi
“Barselona” klubunun futbolçusu Lamin Yamalın zədəsinin gözləniləndən daha ciddi olduğu məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, Yamal La Liqada sentyabrın 21-də “Xetafe”yə, iki gün sonra isə “Ovyedo”ya qarşı keçiriləcək matçları buraxa bilər.
Daha əvvəl onun sentyabrın 8-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Nyukasl”la matçda iştirak etməyəcəyi dəqiqləşmişdi.
Xatırladaq ki, Lamin Yamal avqustun 23-də “Levante" ilə oyunda qasıq nahiyəsindən zədələnib.
Namiq HUN