“Barselona” Reşforddan imtina etdi

İdman

07.01.2026 11:44

“Barselona” klubu icarə müddəti başa çatdıqdan sonra ingilis futbolçu Markus Reşfordu “Mançester Yunayted”dən birdəfəlik transfer etməyi planlaşdırmır. 

TodayPress TV Sport.es nəşrinə istinadən xəbər verir ki, “blauqrana” bu qərarı maliyyə səbəbləri ilə verib. 

Kataloniya təmsilçisinin tam transfer üçün kifayət qədər vəsaiti yoxdur. “Mançester Yunayted” isə Reşfordu yenidən öz heyətinə qaytarmağa ümid edir.

Xatırladaq ki, klub Ruben Amorimi baş məşqçi postundan uzaqlaşdırıb və portuqaliyalı mütəxəssis Reşfordun xidmətində maraqlı olmayıb.

“Qırmızı şeytanlar”ın rəhbərliyi hesab edir ki, adı hələ açıqlanmayan yeni baş məşqçinin rəhbərliyi altında Reşford əsas heyətdə möhkəmlənə bilər.

Qeyd edək ki, Markus Reşford 2025-ci ilin iyulundan etibarən “Barselona”da icarə əsasında çıxış edir. O, bütün turnirlərdə keçirdiyi 25 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Markus Reşford,Transfer,Müqavilə,Todaypress.tv,