“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər

“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər
20.08.2026 13:00 İdman

“Barselona” klubu 2027/2028-ci illər mövsümü üçün qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır. 

TodayPress TV “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Xorvatiya millisinin əsas qapıçısı Dominik Livakoviçin transferini tamamlamağa yaxındır.

Bildirilir ki, “Fənərbağça” ilə danışıqlar son mərhələdədir, lakin tərəflər arasında hələlik yekun razılaşma əldə olunmayıb.

Məlumata əsasən, “Barselona” Livakoviçi sentyabrın 1-dək transfer etməyi və daha sonra bir mövsümlük icarəyə göndərməyi planlaşdırır. Qapıçının icarə əsasında çıxış edəcəyi klubda əsas heyət üzvü olması nəzərdə tutulur.

2026/2027-ci illər mövsümündə “Barselona”nın qapısını Joan Qarsia və Voyçex Şçesnı qoruyacaq. Livakoviç isə gələn ilin yayında Şçesnının müqaviləsi başa çatdıqdan sonra Kataloniya klubuna qoşulacaq və əsas qapıçı Joan Qarsianın əvəzləyicisi olacaq.

Transferin “Barselona”ya 3-5 milyon avroya başa gələcəyi bildirilir.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər