"Barselona" Hans Fliklə bağlı qərar verdi

"Barselona" Hans Fliklə bağlı qərar verdi
19.12.2025 01:44 İdman

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hans Flikin gələcəyi ilə bağlı qərarını verib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya çempionu 60 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Hazırda Flikin klubla mövcud sözləşməsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Lakin La Liqa nəhəngi baş məşqçiyə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır.

“Barselona” Hans Flikin rəhbərliyi altında bütün turnirlərdə 84 oyun keçirib. Komanda bu görüşlərdə 62 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 13 məğlubiyyətlə üzləşib. Kataloniya təmsilçisi ötən mövsüm İspaniya çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.

“Barselona” bu mövsüm isə 17 turdan sonra İspaniya çempionatında 1-ci pillədə qərarlaşıb və “Real”ı 4 xal qabaqlayır. Flikin komandası növbəti oyununu dekabrın 21-də turnir cədvəlinin 3-cü pilləsində olan “Vilyarreal”a qarşı keçirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər