“Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması

“Barselona” azarkeşlərini düşündürən Ferran Torres açıqlaması
04.08.2026 08:41 İdman

Ferran Torres PSJ-yə mümkün transferi ilə bağlı danışıb.

TodayPress TV CNN-ə istinadən xəbər verir ki, “Barselona”nın hücumçusu Fransa nəhəngi PSJ-yə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İspaniyalı futbolçu gələcəyi ilə bağlı qəti fikir səsləndirməyib.

“Futbolda hər şey bir dəqiqənin içində dəyişə bilər. Heç vaxt nə baş verəcəyini bilmirsən. Mən hər şeyə hazır olmalıyam”, – deyə Torres bildirib.

Qeyd edək ki, daha əvvəl mətbuatda PSJ-nin 25 yaşlı futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. Lakin forvard klubunu dəyişəcəyini nə təsdiqləyib, nə də təkzib edib.

Ferran Torres ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər