Bakıda rekordla başlayan üzgüçülük gecəsi - NƏTİCƏLƏR
Açılış mərasiminin ardınca üzgüçülük üzrə "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun ilk yarış gününün axşam seansı start götürüb.
TodayPress TV xəbər verir ki, 12 kateqoriya üzrə final yarışları keçirilib. Azərbaycan təsmilçilərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə çıxış ediblər.
Təmsilçilərimizdən Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst üsulla yarışda, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləyiblər.
Günün əsas hadisəsinə Kemeron Makevoy imza atıb. Avstraliya təmsilçisi 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik göstərici ilə Dünya Kuboku tarixinin rekordçusu olub.
İlk günün final sesiyasının nəticələri:
Kişilər
Sərbəst üsulu ilə 400 metr – 1.Karson Foster 2.Lukas Anvo 3.Yubo He
Arxası üstə üsulu ilə 200 metr - 1.Piter Kutsi 2.Bleyk Terni 3.Dmitri Savenko
Kəpənək üsulu ilə 100 metr - 1.Cuner Çen 2.So Oqata 3.Daylen Karter
Brass üsuli ilə 100 metr - 1. Kiril Priqoda 2.Kasper Korbo 3.Haiyan Qin
Sərbəst üsul ilə 50 metr – 1.Kemeron Makevoy. 2.Yeqor Kornev 3.Şon Nivold
Qarışıq üsulu ilə 100 metr - 1.Luke Barr 2.Şeyn Kazas 3.Piter Kutsi
Qadınlar
Sərbəst üsul ilə 400 metr – 1.Freya Kolbert 2.Anna Peplovski 3.Tiaoşan Yan
Arxası üstə üsulu ilə 50 metr - 1. Marrit Stinbergen 2.Mariya Osetrova 3.Ros Vanotterdiyk
Kəpənək üsulu ilə 200 metr - 1.Mohan Çanq 2.Ellen Ualş 3. Xiyanq Zhou
Brass üsulu ilə 200 metr - 1.Yevgeniya Çikunova 2.Mona Mak Şerri 3.Vitalina Simonova
Sərbəst üsulu ilə 50 metr - 1.Katarjina Vasik 2.Siobhan Höge 3.Taylor Rak
Qarışıq üsulu ilə 100 metr - 1.Marrit Stinbergen 2.Rus Vanotterdiyk 3.Yitinq Yu
Mötəbər yarışda Azərbaycanı 15 üzgüçü təmsil edir. Milli komandanın heyətində Amin Oruclu, Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Fatimə Alkərəmova, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramil Vəlizadə, Ramal Sadıqlı, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alır. Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Ruslan Hətəmxanov, Rəşad Əliyev, Teymur Quliyev.