Bakıda Dünya Kuboku həyəcanı: Yeni maskotlar azarkeşləri gözləyir!
Azərbaycan Üzgüçülük Federasiyası rəsmi maskotlarını təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Araz, Damla və Xəzər adlanan bu simvollar ən kiçik həvəskarlardan peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisini əks etdirir.
Maskotların əsas məqsədi suya qənaətin önəmini vurğulamaq və Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət çəkməkdir.
Azərbaycan Üzgüçülük Federasiyası “Su həyatdır, gəlin suyu və Xəzərimizi birlikdə qoruyaq!” çağırışı ilə hər kəsi ekoloji həssaslığa dəvət edir.
Məşhur maskotlarla oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında keçiriləcək üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində yaxından tanış olmaq mümkün olacaq.
Namiq HUN