Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı keçirildi

Bakıda cüdo üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı keçirildi
16.07.2026 13:25 İdman

İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

Mətbuat konfransında əvvəlcə 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş etdirilib.

Daha sonra federasiya rəsmiləri dünya çempionatına hazırlıq prosesi, təşkilati məsələlər, bilet satışı, media akkreditasiyası və milli komandaların hazırlıq proqramı barədə ətraflı məlumat verərək jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11-13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Bildirilib ki, heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə yarışlarında əldə olunan nəticələr, eləcə də idmançıların təlim-məşq prosesində nümayiş etdirdikləri peşəkarlıq və hazırlıq səviyyəsi olacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər