Bakıda AVRO-2026 həyəcanı! - Böyük turnir start götürdü
Bu gün Bakıda startı veriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları ilə bağlı açılış mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, mərasimə şou proqramla start verilib.
Daha sonra bu gün qarşılaşacaq Azərbaycan və Portuqaliya millilərinin bayraqları meydançaya gətirilib.
Ardınca həm Azərbaycan həm də Portuqaliyanın himnləri səsləndirilib.
Qeyd edək ki, açılış matçında, saat 19:00-da Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Faiq Qarayevin baş məşqçi olduğu komanda C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.