Azırbaycan güləşçisi finala yüksəldi

Azırbaycan güləşçisi finala yüksəldi
13.05.2026 22:18 İdman

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

TodayPress TV xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb.

Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə sabah finalda ukraynalı Olena Kolubayla güləşəcək.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər