Azərbaycanlı şahmatçılar dünya reytinqində mövqelərini qoruyur
İdman
01.01.2026 12:48
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
TodayPress TV xəbər verir ki, azərbaycanlı şahmatçılardan ən yüksək reytinq Şəhriyar Məmmədyarova məxsusdur. Beynəlxalq qrossmeyster 2730 reytinq xalı ilə dünya sıralamasında 19-cu pillədə qərarlaşıb.
Digər azərbaycanlı şahmatçıların mövqeləri belədir:
Teymur Rəcəbov — 2692 xal, 35-ci yer
Rauf Məmmədov — 2645 xal, 76-cı yer
Eltac Səfərli — 2644 xal, 78-ci yer
Aydın Süleymanlı — 2628 xal, 101-ci yer
Kişi şahmatçılar arasında lider norveçli Maqnus Karlsendir (2840 xal).
Qadın şahmatçılarımızın mövqeləri:
Ülviyyə Fətəliyeva — 2434 xal, 27-ci yer
Günay Məmmədzadə — 2390 xal, 53-cü yer
Gövhər Beydullayeva — 2364 xal, 77-ci yer
Xanım Balacayeva — 2351 xal, 90-cı yer
Qadın şahmatçıların dünya sıralamasında lider isə çinli Hou İfan (2613 xal)dır.
Namiq HUN
tag: Şahmat,FIDE,Reytinq,Xal,
