Azərbaycanlı kanoeçi Olimpiadaya doğru mühüm yarışa çıxır
Tatyana Smilovenko Almaniyada keçiriləcək Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Kayak və kanoe üzrə mayın 14-17-də Brandenburqda təşkil olunacaq turnirdə Azərbaycanı Tatyana Smilovenko təmsil edəcək.
Azərbaycan kanoeçisinin qatılacağı yarış 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXIV Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq.
Namiq HUN